Rusiyada yol qəzası 7 can aldı
06 avqust 2019 11:15 (UTC +04:00)

Rusiyada yol qəzası 7 can aldı

 
 
Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza səhər saat 05:00 radələrində Ryazan vilayətinin Sasova rayonunda magistral yolda qeydə alınıb. 
 
“Mercedes-Benz Vito” markalı mikroavtobus “Toyota Land Cruiser” markalı minik avtomobili ilə toqquşub. 
 
Qəza nəticəsində 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Xəsarət alanların arasında uşaqlar da var. Yaralılar xəstəxanaya yerləşdirilib, 2 yaralı əməliyyat olunub.  
 
Məlumata görə, avtobus Tacikistan istiqamətində hərəkətdə olub. Avtobusun sərnişinləri Tacikistan vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar