
Tramp: "Kütləvi qətillər törədən şəxslər ölüm cəzasına məhkum edilsin"
ABŞ-da kütləvi qətllər törədən şəxslərə qarşı ölüm cəzası tətbiq edilə bilər.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
D. Tramp ölkənin Ədliyyə Nazirliyinə kütləvi qətllərə görə ölüm cəzasının tətbiq edilməsi ilə bağlı tədbirlərin görülməsinə dair təlimat verib.
“Bu gün mən Ədliyyə Nazirliyinə müraciət etdim ki, nifrət əsasında cinayət və kütləvi atışmalar törədən şəxslər ölüm cəzasına məhkum edilsin. Bu cəza tez və ləngimədən həyata keçirilsin”, - ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, avqustun 3-də 21 yaşlı şəxs ABŞ-ın Texas ştatının El Paso şəhərində supermarketdə insanlara atəş açıb. Nəticədə 20 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Avqustun 4-də isə 24 yaşlı şəxs Ohayo ştatının Deyton şəhərində gecə klubunda atışma törədib. Nəticədə 10 nəfər həyatını itirib. Deyton şəhərindəki atışma ABŞ-da bu il ərzində baş verən 251-ci kütləvi atışma olub.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46