Onları adi insandan ayırmaq çox çətin olacaq
Real görünən androidlər yaxın gələcəkdə ortaya çıxacaqlar.
Lent.az "technote"a istinadən xəbər veirir ki, onları adi insanlardan ayırmaq üçün standart Türinq testi kifayət etmir. Alimlərin fikrincə androidlərin xarici görünüşləri və hərəkət özəllikləri də nəzərə alınmalıdır.
1950-ci ildə məşhur ingilis alim Alan Türinq kompüter zəkasının qiymətləndirilməsi üçün xüsusi test yaratmışdı. Kompüter ilə insan arasındakı söhbət çərçivəsində əgər əsl insan kompüteri digər əsl insan kimi qəbul edirsə deməli kompüter bu testdən keçmiş olur.
Bu üsul indiyə kimi süni zəka mütəxəssislərinin arasında çox məşhurdur. Lakin onlardan bəziləri əmindirlər ki, bu test təkmilləşdirilməyə ehtiyac duyur. Məsələ burasındadır ki, Türinq testi süni insan üçün deyil süni beyin üçün nəzərdə tutulub. 21-ci əsrdə daha real görünən androidlərin ortaya çıxması ilə robotları insanlardan ayıran testin yaradılmasına ehtiyac duyulmağa başladı. Bu məqsədlə də multimodal Türinq testi yaradıldı.
Bu test eyni zamanda androidin xarici görünüşünü, hərəkətini, səsini və zəkasını qiymətləndirir. Bundan əlavə olaraq, bu test süni zəkanın insan bədəninə necə yaxşı inteqrasiya edildiyini və insandan fərqlənməyən robotun yaradılma mümkünlüyünü qiymətləndirəcək. Bu test üsulu 4 mərhələdən ibarətdir və hər bir mərhələ əvvəlkindən qəlizdir. İlk öncə robot hərəkətsiz şəkildə real görünməlidir. İkincisi, robot təbii hərəkət etməlidir. Üçüncüsü, robot ideal şəkildə insan nitqini imitasiya etməlidir. Dördüncü mərhələdə robotun süni zəkası qiymətləndirilir. Əgər robot bu 4 mərhələdən keçə bilsə,deməli o, insandan fərqlənmir.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14