278
07:30
03 Avqust 2019

Parisdə özünü Dubay şahzadəsi kimi təqdim edən qadın zərgərlik mağazasından oğurluq edib

Özünü BƏƏ şahzadəsi kimi qələmə verən bir dələduz qadın Parisin mərkəzindəki zərgərlik mağazasından 1,6 mln. avro dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, insident yerli vaxtla axşam saat 21:00-da Sent-Onore küçəsində baş verib.

Qadın mağazaya daxil olaraq özünü Dubay əmirinin şahzadəsi kimi tanıdıb. Mağaza sahibi bir neçə saat ərzində ona bir neçə qiymətli zərgərlik nümunələrini göstərib. O, bir neçə zinət əşyasını seçərək, ertəsi gün onları almağa gələcəyini deyib. Ancaq ertəsi gün mağaza işçiləri bir neçə zərgərlik nümunəsinin olduğu qutunun içərisində sadəcə şokolad və konfetin olduğunu aşkar ediblər.

Bildirilir ki, oğurluq zamanı mağazaya təxminən 1,6 mln. avro ziyan dəyib. Hazırda Paris polisi baş vermiş cinayətin üstünü açmağa çalışır.