230
05:20
03 Avqust 2019

İsrail hərbçiləri ilə toqquşmalarda azı 26 fələstinli yaralanıb

İsrail hərbçiləri Qəzzanın sərhəd bölgəsində “qayıdış marşı” aksiyasında iştirak edən nümayişçilərə atəş açıb, nəticədə azı 26 fələstinli yaralanıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, yaralılar arasında yeniyetmələr və iki jurnalist də var.

“Nümayişlərin dağıdılması məqsədilə gözyaşardıcı qazdan istifadə olunması nəticəsində onlarla sakinə tibbi yardım göstərilib”, - deyə məlumatda qeyd olunur.