
Elektron ərizələrini təsdiq etməyən abituriyentlərin NƏZƏRİNƏ
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, I qrup üzrə 15 101, II qrup üzrə 10 166, III qrup üzrə 17 465, IV qrup üzrə 4 082 abituriyent olmaqla ümumilikdə 46 814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə qabiliyyət imtahanları davam edir və hələlik 5 044 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Həmçinin 14 615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.
30 iyul saat 14:30-a olan məlumata əsasən I-IV ixtisas qrupları üzrə 29 040, V ixtisas qrupu üzrə 4 006 olmaqla ümumilikdə 33 046 elektron ərizə (o cümlədən 6130 subbakalavr ərizəsi) təsdiq olunub. 6 880 elektron ərizə isə yadda saxlanılsa da hələlik təsdiq edilməyib.
İxtisas seçiminin sonuna 7 gün vaxt qalıb və 6 avqust saat 23:59-dək davam edəcək.
DİM abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12