
Şokoladlı dondurmanı belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Myfoodchannel” adı ilə məşhur olan səhifəyə istinadla şokoladlı dondurma resepti ilə tanış edəcəyik.
Tərkibi:
1 stəkan qaymaq (istənilən qaymaqdan istifadə edə bilərsiniz), 100 qr. Şokolad, 3 yemək qaşığı şəkər tozu, 2 yemək qaşığı kakao, 1 stəkan süd, 2 ədəd yumurta sarısı.
Hazırlanma qaydası:
Qazana 1 stəkan qaymaq (qatı, duru fərqi yoxdur) tökürük, qaymaq qaynama dərəcəsinə gələnə qədər qızdırırıq, ancaq qaynatmırıq. Sonra 100 qr şokolad hissələrə bölünür (istəyə uyğun südlü və ya tünd rəngli ola bilər) və qızdırılan qaymaq şokoladın üzərinə tökülərək, şokolad tam əridilir. Hazırladığımız qarışımı bir kənarda gözlədirik.
Bir kənarda digər qazana 3 yemək qaşığı şəkər tozu və 2 yemək qaşığı kakao əlavə edib, qarışdırır, üzərinə 2 yumurta sarısı, 1 stəkan süd tökürük. Qazanı ocağa yerləşdirib, az təzyiqdə qaynayana qədər qarışdırırıq. Qaynadandan sonra üstünə hazırlanan qarışım əlavə olunur, təkrar qaynayana qədər təkrar qarışdırılır.
Qaynayandan sonra ocaqdan götürülür və bir neçə dəfə qarışdıraraq otaq temperaturuna gələnədək gözləyirik. Daha sonra saxlama qabına əlavə edir, donması üçün soyuducuya qoyuruq. Bir neçə saatdan sonra isə dondurma hazırdır.
Nuş olsun!
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48