463
12:47
27 İyul 2019

Bazar günü hava necə olacaq? - PROQNOZ

Azərbaycanda bazar günü gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a bildirilib ki, iyulun 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq.

Bakıda gecə 22-24 dərəcə, gündüz 30-32 dərəcə isti gözlənilir.

Abşeron çimərliklərində şimal küləyi əsəcək.

Şimal çimərliklərində dəniz suyunun temperaturu (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti,

gündüz 31-36 dərəcə isti, dağlarda gecə 13-17 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.