
"Reallığa uyğun deyil" - Yayılan səs yazısı ilə bağlı BŞPİ-dən AÇIQLAMA
"Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında “polis işçisinin şok səs yazısı yayıldı” sərlövhəli yazıda iddia olunan məlumatlar, videogörüntülər absurd xarakter daşıyır".
Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılaraq, orada adı çəkilən şəxslərin kimliyi və fəaliyyəti öyrənilib.
Müəyyən olunub ki, orada adı çəkilən, yaxud səs yazısı olduğu iddia olunan şəxs bölgə rayonlarından birinin polis şöbəsində polis nəfəri olmuş Lətif Hacıyev 2013-cü ildə daxili işlər orqanlarından xaric olunub. Bu məlumat, polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına səbəb olub. Qeyd olunanlardan xəbərsiz olan şəxslərin sosial media platformalarında polisin ünvanına söylədiyi fikirlər tamamilə həqiqətdən uzaqdır, faktlar dəlil-sübutlara əsaslanmır.
Deyilənləri nəzərə alaraq, sosial şəbəkə istifadəçilərinə, mətbuat nümayəndələrinə tövsiyə edirik ki, polisin adı hallanan məlumatları hazırlayarkən, dəqiqləşdirmə aparmadan sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məlumatları yaymasınlar".
Oxşar yazılar

Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA
15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək
15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ
15 iyul 2025 , 15:20
Bu yerlərə leysan yağacaq
15 iyul 2025 , 14:56