Bakı-2019: Yığmamızın bir üzgüçüsü 5-ci olub, digəri finala yüksəlib  - YENİLƏNİB - 1
24 iyul 2019 18:23 (UTC +04:00)

Bakı-2019: Yığmamızın bir üzgüçüsü 5-ci olub, digəri finala yüksəlib - YENİLƏNİB - 1

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışlarında növbəti yürüşlər keçirilib.
 
APA-nın məlumatına görə, qızların 100 m məsafəyə batterflyay üsulu ilə üzmə yarışında yarımfinal mərhələsinə yekun vurulub.
 
Finala vəsiqələr uğrunda Azərbaycan təmsilçisi Məryəm Şeyxəlizadəxangah da mübarizə aparıb. İkinci yürüşdə 1 dəqiqə 01,51 saniyə nəticə göstərən üzgüçümüz 5-ci olub. Ümumilikdə isə 8-ci nəticəni göstərən M.Şeyxəlizadəxangah finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, bu növdə final mərhələsi iyulun 25-də keçiriləcək. Təmsilçimiz saat 18:02-də mübarizəyə başlayacaq.
 
 
17:41
 
Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları davam edir.
 
APA-nın məlumatına görə, Azərbaycan idmançısı Ramil Vəlizadə batterflyay üsulu ilə 200 m məsafəyə üzən oğlanların mübarizəsində qüvvəsini sınayıb.
 
İlkin və yarımfinal mərhələlərini uğurla adlayan həmyerlimiz ən güclü 8 üzgüçünün qatıldığı final mərhələsində sürətini sınayıb.
 
O, məsafəni 2 dəqiqə 02,71 saniyəyə qət edib. Bu nəticə ilə 5-ci yeri tutan R.Vəlizadəni bürünc medaldan 0,89 saniyə ayırıb.
 
Qeyd edək ki, bu məsafədə çempion olan rusiyalı Vadim Klimençev 1 dəqiqə 58,06 saniyə nəticə göstərib.
 
 
10:34
 
Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları davam edir.
 
APA-nın məlumatına görə, Azərbaycan yığmasının üç üzvü starta çıxıb.
 
Qızların 100 m məsafəyə batterflyayla üzmə yarışında təmsilçimiz uğurlu çıxış edib. Məryəm Şeyxəlizadəxangah təsnifatda 1 dəqiqə 02,11 saniyə ilə 49 üzgüçü arasında 8-ci olub. Bununla da idmançı yarımfinala yüksəlib. O, bu gün saat 17:43-də baş tutacaq mərhələdə finala vəsiqə üçün mübarizə aparacaq.
 
200 m məsafəyə sərbəst üsulla üzən qızların yarışında Aysel Səfərova qüvvəsini sınayıb. Təsnifatda 2 dəqiqə 18,22 saniyə nəticə göstərən təmsilçimiz 47 idmançı arasında 46-cı olub.
 
Əliyar Cahangirbəyov isə oğlanların 200 m məsafəyə arxası üstə üzmə yarışında mübarizə aparıb. O, təsnifatda 2 dəqiqə 14,82 saniyəyə üzərək 31 iştirakçıdan 29-cu olub.
# 511
avatar

Oxşar yazılar