Bakı-2019: Azərbaycan voleybolçuları ikinci oyunu da uduzdular
23 iyul 2019 18:56 (UTC +04:00)

Bakı-2019: Azərbaycan voleybolçuları ikinci oyunu da uduzdular

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında voleybol yarışlarının ikinci turunun oyunları keçirilir.
 
APA-nın məlumatına görə, oğlanlardan ibarət Azərbaycan yığması mübarizə apardığı A qrupunda növbəti matçına çıxıb.
 
Komandamız bu gün Belarusla görüşüb. Eldar Əliyevin baş məşqçisi olduğu yığma 63 dəqiqə davam edən qarşılaşmada 0:3 (9:25, 19:25, 16:25) hesabı ilə uduzub.
 
Qrupun digər oyununda Rusiya Almaniya ilə üz-üzə gəlib. Şimal qonşularımız 3:0 (25:13, 25:20, 25:15) hesablı qələbə qazanıblar.
 
II turun oyunlarından sonra Rusiya yarımfinala yüksəlibsə, sabahkı son turda şimallılarla görüşəcək Azərbaycan millisi mükafatlar uğrunda mübarizə aparmaq şansını itirib. Qrupda ilk iki yerdən birini tutmayacağı rəsmiləşən komandamız 5-8-ci yerlər üçün mübarizə aparacaq.
 
Qeyd edək ki, yığmamız ilk turda Almaniyaya 0:3 hesabı ilə uduzmuşdu.
 

N

Ölkə

O

Q

M

T

S

X

1

Rusiya

2

2

0

150-109

6-0

6

2

Belarus

2

1

1

136-119

3-3

3

3

Almaniya

2

1

1

129-145

3-3

3

4

Azərbaycan

2

0

2

114-156

0-6

0

 

 

 

 

 

# 480
avatar

Oxşar yazılar