Dünyanın <span style="color:red;">ƏN BAHALI  klaviatura düymələri
23 iyul 2019 19:41 (UTC +04:00)

Dünyanın ƏN BAHALI klaviatura düymələri

Vyetnamın “Jelly Key” şirkəti tərəfindən hazırlanan "Forbidden Realm" klaviaturalar çox qiymətli hesab edilir. 

Lent.az "technote"a istinadən məlumat verir ki, bu klaviaturaların qiyməti onda yerləşdirilmiş ləl-cəvahiratlara görə dəyərləndirilir. 

 

 Jelly Key tərəfindən tərəfindən daş-qaş həvəskarları üçün təklif edilən "Artifactardıcıllığı Forbidden Realm" klaviaturalarının düymələri həm incə işləmləri, həm də qiyməti ilə diqqət çəkir.

 

İçərisinə fantastik dünya mənzərələri yerləşdirilən bu möcüzə düymələr bu adlarla məşhurdu:

- Cloudy Cliff (Buludlu Uçurum);

- Purple Valley (Çəhrayı Vadi)

- Cyan Lake (Mavi Göl).

Təbiətin möhtəşəmliyini əks etdirən klaviaturaların hazırlanmasında taxta, çəmən, duman və qatran kimi vəsaitlərdən istifadə edilib. 

 

Daha əvvəlki "Jelly Key məhsullarının düymə başına 30 ilə 40 dollar intervalında qiymətlərlə satıldığı ifadə edilir. Bu mənada "Forbidden Realm" isə daha çox qarışıq düymələrlə hərəsinə 60 dollardan satılacağı təxmin edilir. Yəni klaviaturanızın üç düyməsini dəyişdirmənin xərci 180 dollardır.

Qeyd edək ki, "Forbidden Realm"ın olduqca məhdud sayda olacağı bildirilir ki, bu da qiymətdə fərq yaradacaq.

# 893
avatar

Oxşar yazılar