Bu bölgələrdə qaz olmayacaq - <span style="color:red;">DİQQƏT
23 iyul 2019 09:52 (UTC +04:00)

Bu bölgələrdə qaz olmayacaq - DİQQƏT

Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. 

Bu barədə Lent.az-a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib. O bildirib ki, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır:

"Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq".

 

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1456

Oxşar yazılar