
Britaniyanın Xarici İşlər naziri: "Tehran “təhlükəli yol” seçib"
Hörmüz boğazında Britaniya bayrağı altında üzən “Stena Impero” tankerinin İran tərəfindən saxlanılması London-Tehran münasibətlərində gərginliyi artırıb.
APA BBC-yə istinadən xəbər verir ki, Britaniyanın Xarici İşlər naziri iranlı həmkarı ilə telefon danışığında hadisəyə görə son dərəcə məyus olduğunu bildirib.
Ceremi Hant İrana xəbərdarlığında deyib ki, gəmini saxlamaqla Tehran “təhlükəli yol” seçib.
O, əlavə edib ki, İran tankeri azad etməsə, bunun "ciddi nəticələri" olacaq. Britaniyanın Xarici İşlər naziri bird aha vurğulayıb ki, Hörmüz boğazında Britaniya bayrağı altında üzən gəmini saxlamaqla İran hakimiyyəti "qanunsuz və stabilliyi pozan" əmələ yol verib.
Rəsmi Tehran isə tankerin "beynəlxalq dənizçilik qaydalarının" pozulması səbəbindən saxlanıldığını bildirib.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif britaniyalı tərəf müqabili ilə telefon söhbətində deyib ki, tankerlə bağlı məsələ hüquqi müstəvidə həll edilməlidi.
Xatırladaq ki, Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri cümə günü Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb. Britaniyaya məxsus, lakin Liberiya bayrağı altında üzən daha bir gəmi – “MV Mesdar” həmin yerdə saxlanılsa da, cümə günü azad olunub.
Oxşar yazılar

Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu şəhid oldu
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31