Səfirlik TƏKZİB edir: İranın Ermənistanla hərbi əməkdaşlığı yoxdur
18 iyul 2019 16:28 (UTC +04:00)

Səfirlik TƏKZİB edir: İranın Ermənistanla hərbi əməkdaşlığı yoxdur

0
“İranın Azərbaycandakı səfirliyi iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirir ki, son günlər Azərbaycanın bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır. Səfirlik bu kimi xəbərləri təkzib edir”.
 
Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi deyib.
 
O qeyd edib ki, İran hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır: “Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar