
Lavrov Gürcüstandan danışdı: "Rusiya bu prosesə qarışmayacaq"
“Rusiyalıların təhlükəsizliyinə təhdid yaradacaq problemlərin aradan qaldırılacağı təqdirdə, Rusiya uçuşlara tətbiq edilmiş qadağa da daxil olmaqla, Gürcüstana qarşı qəbul edilən tədbirlərin ləğv edilməsini nəzərdən keçirəcək”.
APA-nın xəbərinə görə, bunu “Arqumenti i faktı” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirik ki, Gürcüstan hökuməti ölkədəki ictimai-siyasi vəziyyəti stabilləşdirə biləcək və rusiyalıların təhlükəsizliyinə yönəlmiş problemləri aradan qaldıracaq. Bu baş verəcəyi təqdirdə, Rusiya tərəfindən qəbul edilmiş təhlükəsizlik tədbirlərinin ləğvi üçün lazımi şərait yaranacaq. Biz Rusiya və Gürcüstan xalqlarının rifahı üçün dostluq və əməkdaşlıq etmək istəyirik”, - S.Lavrov bildirib.
Nazir qeyd edib ki, Gürcüstan müxalifəti və hökuməti arasında əlaqələr ölkənin daxili işidir və Rusiya bu prosesə qarışmayacaq.
S. Lavrov gürcü xalqının rusları düşmən hesab etmədiyini də vurğulayıb: “Təəssüf k, bu gün Gürcüstanda bəzi siyasətçilər öz məqsədlərinə çatmaq üçün Rusiya əleyhinə ritorikada yarışırlar. Əminəm ki, zamanla hər şey öz yerinə oturacaq, ölkələrimiz arasında dost və qonşuluq münasibətləri bərpa olunacaq”.
Qeyd edək ki, Rusiya Dövlət Duması Gürcüstana iqtisadi sanksiyaların tətbiq olunması təklifi ilə çıxış edib.
Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.
Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.
Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.
Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.
Oxşar yazılar

157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29
Sensasion açıqlama: ABŞ nüvə obyektlərini vuracağını əvvəlcədən İrana deyib
30 iyun 2025 , 04:27
Nüvə müharibəsi baş verərsə, dünya ilə nə olacaq? – Ekspertdən dəhşətli PROQNOZ
29 iyun 2025 , 19:59
İran İsraillə yeni müharibəyə başlaya bilər – İDDİA
29 iyun 2025 , 16:47