Avropa Şurası Türkiyəyə qarşı sanksiya tətbiq edib
16 iyul 2019 01:51 (UTC +04:00)

Avropa Şurası Türkiyəyə qarşı sanksiya tətbiq edib

 

Avropa Şurası rəsmi Ankara ilə hələlik yüksək səviyyədə dialoqa girməmək barədə qərar verib və Türkiyənin Kipr sularında qazıntı işləri aparmasına cavab olaraq şuranın iclasını ləğv edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı mətbuat açıqlamasında deyilir.

“Türkiyə tərəfindən davam etdirilən yeni qanunsuz qazma işləri ilə əlaqədar Şura hava nəqliyyatına dair hərtərəfli razılıq sahəsində danışıqları dayandırmağı qərara alır, cəmiyyətlər şurasının iclasını ləğv etməyə, eləcə də gələcəkdə AB ilə Türkiyə arasında dialoq çərçivəsində yüksək səviyyədə iclaslar keçirməməyə razılıq verir”, - deyə sənəddə qeyd olunur.

Bundan əvvəl AB ölkələrinin XİN rəhbərləri Kiprin azad iqtisadi zonasında aparılan karbohidrogen yataqlarının kəşfiyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiq edib. Sanksiya tədbirləri Türkiyənin AB ölkələri tərəfindən maliyyələşdirilməməsini və hava məlumatları sahəsində saziş danışıqlarının dayandırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Kiprin azad iqtisadi zonasında Türkiyəyə məxsus iki – “Fatih” və “Yavuz” qazma qurğuları yerləşdirilib. Burada qaz yatağının aşkar olunduğu bildirilir.

# 668
avatar

Oxşar yazılar