Ağır qəzada bir ailənin 5 üzvü ağır xəsarət aldı
14 iyul 2019 18:47 (UTC +04:00)

Ağır qəzada bir ailənin 5 üzvü ağır xəsarət aldı

Bakıda 5 nəfər xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA xəbər verir ki, qəza Qaradağ rayonu ərazisində Lökbatan-Sahil qəsəbəsi avtomobil yolunda qeydə alınıb.
 
“Lada Priora” markalı avtomobil qarşıdakı avtomobili ötmək istəyərkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Avtomobildə olan 5 nəfər ağır bədən xəsarətləri alıblar. Hadisə şahidlərinin bildirdiyinə görə, yaralılardan 3 nəfəri azyaşlıdır.
 
Onların bir ailənin üzvü olduğu bildirilir.
# 578
avatar

Oxşar yazılar