
"Google+" şəbəkəsini "Shoelace" əvəzlədi – Keçid dəvət əsasında olacaq
"Google" şirkəti bu ilin aprelində fəaliyyətini dayandıran "Google+" sosial şəbəkəsi əvəzinə, "Shoelace" adlı yeni layihəni istifadəyə verib.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, "Area 120" eksperimental laboratoriyasının ərsəyə gətirdiyi servis kino, konsert və digər tədbirlərə getmək üçün yaxınlıqda yaşayan insanları tapmağa imkan verən hiperlokal sosial şəbəkədir.
Hazırda "Shoelace" xidmətindən yalnız Nyu-Yorkda istifadə mümkündür. "Android" və "iOS" əlavələrinin yüklənilməsi üçün istinadlar layihənin saytında yerləşdirilib, lakin onlara keçid dəvət əsasındadır.
Mütəxəssislərin sözlərinə görə, "Shoelace" oxşar maraqlara malik digər insanlarla ünsiyyət qurmağa kömək edir. İstifadəçilər iştirak etmək istədikləri hadisə, aktivlik üzrə öz siyahılarını yarada və ora dostlar, tanış olmayan insanları dəvət edə bilərlər. Bundan əlavə, sosial şəbəkə hamının qoşula biləcəyi açıq tədbirlər seçimi təklif edir.
Qeyd edək ki, "Google" əvvəllər də oxşar layihələr işə salıb. 2011-ci ildə fəaliyyətə başlayan "Schemer" birgə səfərlər üçün ərazi üzrə qonşular tapmağa imkan verib. Lakin layihə 2014-cü ildə bağlanılıb.
Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38