
Beynəlxalq tədbirlə bağlı paytaxt yollarında xüsusi zolaqlar çəkiləcək
Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq ediləcək. Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.
Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, ilk “Sarı zolağ"ın çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq.
Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbin əməl etsinlər. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq ümid edirik ki, Avropa və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi bu dəfə də hərəkət iştirakçıları qoyulan qaydalara anlayışla yanaşıb nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və uğurla reallaşmasına dəstək olacaqlar.

Oxşar yazılar

Taksidən istifadə edənlərin sayı AÇIQLANDI
21 yanvar 2021 , 10:13
"...sən 13 il əvvəl şəhid oğlumla mənim şəklini çəkmisən" - Qəhrəman Ülvinin DASTANI
21 yanvar 2021 , 10:12
Azərbaycanda istehsal olunan minik avtomobillərinin SAYI
21 yanvar 2021 , 10:05
Ölkə əhalisinin yeni sayı AÇIQLANDI
21 yanvar 2021 , 09:52
"Dərs vaxtı"nın bugünkü CƏDVƏLİ
21 yanvar 2021 , 09:25
Qanunsuz ov məhsullarını satan şəxslər CƏZALANDIRILDI
21 yanvar 2021 , 09:18
Buzlu havada avtomobili necə sürmək lazımdır? - TÖVSİYƏ
21 yanvar 2021 , 09:02
Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO
20 yanvar 2021 , 19:26