
Evlənmək istəyənlərdə QİÇS və sifilis aşkarlandı - DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 19 848 nəfərdə talassemiya daşıyıcılığı, 512 nəfərdə İİV/QİÇS, 1801 nəfərdə sifilis xəstəliyi aşkar edilib.
Lent.az-ın məlumatına görə, bunu Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Direktorun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bugünədək nikaha daxil olmaq üçün 568 163 nəfər insan qan müayinəsindən keçib. İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 212 cütlük aşkar edilib.
Z.Əlimirzəyeva əlavə edib ki, yalnız bu ilin yanvar-iyun ayları ərzində 68 350 nəfər qan müayinəsinə cəlb olunub.
Onların 1433 nəfərində talassemiya daşıyıcılığı, 64 nəfərində İİV/QICS, 77 nəfərində isə sifilis xəstəliyi aşkar edilib.
Bu ilin ilk 6 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 23 cütlük prenatal müayinəyə cəlb olunub.
Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.
İnstitut direktoru əlavə edib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.
Oxşar yazılar

Kəngərli kəndinə növbəti köç karvanı yola salındı
17 iyul 2025 , 06:55
Bu BÜRCLƏR böyük möcüzəli dəyişiklik dalğası ilə üzləşəcək: şans tezliklə gələcək
17 iyul 2025 , 00:02
Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı
16 iyul 2025 , 16:03Həftə sonu 41 dərəcə isti olacaq
16 iyul 2025 , 15:58