YAP-da Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilidi
06 iyul 2019 13:43 (UTC +04:00)

YAP-da Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilidi

 
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə YAP sədrinin müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov, YAP Siyasi Şurasının üzvləri və Milli Məclisin deputatları iştirak ediblər.
 
Ə.Əhmədov 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən danışıb. O bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda bütün sahələrdə inkişaf yaranmağa başlayıb: “Azərbaycanın müstəqilliyinin, iqtisadiyyatın inkişaf etdirilməsi Heydər Əliyevin yerin yetirdiyi tarixi missiyadır”.
 
Daha sonra təbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə H.Əliyevin hakimiyyətə gəlişi ərəfəsində ölkədə faciə və sıxıntıların olduğunu xatırladıb: “O zaman əhalinin yarısı kənd təsərrüfatı sahəsində işləyirdi. Amma inkişaf etmədiyi üçün insanların sosial vəziyyəti pisləşirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda inkişaf etməyən sahələr inkişaf etməyə başladı. Bir neçə qərarlar qəbul edildi”.
 
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub: “SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərindən ilk yerlərdə qərarlaşıb. Azərbaycan sürətlə inkişaf etdi və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi, Azərbaycan yüksək zirvələrə qalxdı. Heydər Əliyev Azərbaycan xalqını ayağa qaldırdı, rifahını yaxşılaşdırdı. Ona görə də 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixində şanlı səhifələrdən biridir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi üçün bir yol müəyyənləşdirdi. Bu yol bu gün övladı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir. Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlətdir. Azərbaycan iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir. Mən Azərbaycan xalqını Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibəti ilə təbrik edirəm".
 
Tədbir çıxışlarla davam etdirilib.
# 523
avatar

Oxşar yazılar