Yol qəzası 2 can aldı - 4 nəfər yaralanıb - ADLAR  - YENİLƏNİB
27 iyun 2019 16:32 (UTC +04:00)

Yol qəzası 2 can aldı - 4 nəfər yaralanıb - ADLAR - YENİLƏNİB

 
 
Biləsuvarda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.
 
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1944-cü il təvəllüdlü Şükufə Qəhrəman qızı Tağıyeva və 1961-ci il təvəllüdlü Güllübəyim Mehdi qızı Hüseynova hadisə yerindəcə keçiniblər.
 
Qəza nəticəsində xəsarət alanlar - 1955-ci il təvəllüdlü Şakir İnşallah oğlu Dövlətov, 1996-cı il təvəllüdlü Asim Rasim oğlu Məmmədov, 1979-cu il təvəllüdlü Məlahət Qurban qızı Əliyeva və 1993-cü il təvəllüdlü Araz Əsəd oğlu Tağızadə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
 
***
 
Saat 15:45
 
 
 
 
Biləsuvarda baş verən yol qəzasında 2 nəfər ölüb.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. “VAZ-21015” və "Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə 2 nəfər hadisə yerində vəfat edib, 4 nəfər isə yaralanıb. 
 
Ölən və yaralanan şəxslərin hazırda kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
 
Fövqəladə Hallar Nazirliyi baş verən hadisə ilə bağlı məlumat yayıb. APA-nın xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Biləsuvar rayonunda “LADA” və “VAZ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
# 631
avatar

Oxşar yazılar