496
15:25
26 İyun 2019

Kəmaləddin Heydərov: "İlkin versiyaya görə, yanğın quru otdan başlayıb"

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində baş verən yanğın barədə açıqlama verib.
APA -nın məlumatına görə, nazir qeyd edib ki, ilkin versiyaya görə, yanğın quru otdan başlayıb:
“Yanğının baş verdiyi ərazi 6 hektarlıq boş ərazilərdir. Hadisə nəticəsində xəsarət alanlar yoxdur. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını qısa müddətdə söndürüblər. Burada çoxu özəl və baxılmayan ərazilərdir. Yəqin ki, vaxtında bu yeri alıblar, amma heç bir təhlükəsizlik, suvarma və digər başqa işlər görməyiblər. Yay aylarında quru otdan yanğınlar olur. Əsas məsələ odur ki, yeni ocaqlar yaranmasın. Ona görə də FHN-nin Yanğından Mühafizə, Mülki müdafiə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ən azı 24 saat burada növbə çəkəcəklər ki, yeni bir fəsad yaranmasın”.