Zığ şossesində baş verən yanğın söndürülüb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib - FOTO - <span style="color:red;">YENİLƏNİB
26 iyun 2019 15:10 (UTC +04:00)

Zığ şossesində baş verən yanğın söndürülüb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib - FOTO - YENİLƏNİB

 Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.
 
APA-ya FHN-dən verdilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi (120 nəfər) və texnikası (18 ədəd) cəlb edilib.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
 
14:56
 
Yanğın yerinə 50 nəfərlik şəxsi heyət və 15 maşın cəlb olunub. Yanğın söndürülüb.
 
 
14:36
 
Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi hadisə yerinə gəliblər.
 
Qeyd edək ki, Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verib.
# 1003
avatar

Oxşar yazılar