Bakıda fərdi yaşayış evləri yanır
26 iyun 2019 13:34 (UTC +04:00)

Bakıda fərdi yaşayış evləri yanır

Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verib.
 
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.
 
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
 
# 646
avatar

Oxşar yazılar