Tbilisidə güclü külək və yağış: bir nəfər ölüb - YENİLƏNİB
24 iyun 2019 19:31 (UTC +04:00)

Tbilisidə güclü külək və yağış: bir nəfər ölüb - YENİLƏNİB

Tbilisidə güclü külək və leysan ölümə səbəb olub.
 
APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində paytaxtın mərkəzində Rike park adlanan ərazidə gözətçi daxması hündürlükdən aşıb. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə yerinə polis və təcili yardım maşınları çağırılıb.
 
***
19:17
 
 
Tbilisidə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.
 
APA-nın yerli bürosu xəbər verir ki, yağıntının güclü olması səbəbilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətində tam məhdudiyyət yaranıb.
 
Hadisə ilə bağlı Fövqəladə Hallar İdarəsinin təcili yardım xidmətinə yardım çağırışları edilib. Gələn zənglərin daha çox evlərin zirzəmisinə və həyətlərə su dolması ilə bağlı olduğu bildirilir. Yağıntı səbəbilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin restoran hissəsi də yüngül zədə alıb.
# 795
avatar

Oxşar yazılar