Siyəzəndə 11 yaşlı oğlan çayda boğuldu
24 iyun 2019 11:16 (UTC +04:00)

Siyəzəndə 11 yaşlı oğlan çayda boğuldu

Siyəzəndə 11 yaşlı oğlan çayda boğulub. 
 
 
APA-nın məlumatına görə, hadisə rayonun Gil-Gilçay çayının Yenikənd ərazisindən keçən hissəsində baş verib.
 
Kənd sakini, 2008-ci il təvəllüdlü İsgəndər Fətəliyev çimmək üçün çaya girib və boğulub. Həmkəndlisi Elbrus Səlimov onu ölü vəziyyətdə çaydan çıxarıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
# 496
avatar

Oxşar yazılar