254
16:28
23 İyun 2019

Körpələrə Günəş kremi çəkmək lazımdırmı? PEDİATR AÇIQLAYIB

Günəş şüalarının insan orqanizminə müsbət təsirləri hər kəsə məlumdur. Günəşin təsirindən dəridə çox vacib sayılan D vitamini əmələ gəlir. D vitamini sümüklərin inkişafında, immun sisteminin möhkəmlənməsində, bədənin xəstəliklərlə mübarizəsində böyük rol oynayır.

Bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Pediatr deyib ki, bununla bərabər Günəş şüalarının insan orqanizminə, ələlxüsus da körpə dərisinə mənfi təsirini də bilməliyik.

Həkim deyib ki, 1 yaşı olmayan körpələr birbaşa Günəş şüası alması və gün kremlərindən istifadə edilməsi çox da tövsiyə edilmir. Onların dərisi çox həssas olduğu üçün ciddi problemlər yarana bilər. Daha böyük uşaqların isə günün uyğun saatlarında havaya çıxmaları məsləhət görülür. Bu vaxt məsələsi ilə bağlı bir çox mütəxəssislər arasında mübahisə açılsa da, adətən saat 10:00-a qədər və 17:00-dan sonra Günəş şüası almaq tövsiyə edilir. Bununla yanaşı 1 yaşdan yuxarı uşaqlar Günəş vannası qəbul edərkən gün kremlərindən istifadə edilə bilər. Çünki uşaqların dərisi Günəşin kanserogen təsirinə daha həssas olurlar. Kremləri seçərkən dəriyə uyğunluğuna və yüksək qoruyuculuq faktoru olmasına diqqət yetirilməlidir.

e-tibb.az