Dünyada görünməyən isti: Temperatur 68 dərəcəyə çatır
21 iyun 2019 19:25 (UTC +04:00)

Dünyada görünməyən isti: Temperatur 68 dərəcəyə çatır

Küveytdə havanın temperaturu dünya rekordu həddinə - 63 dərəcəyə çatıb.
 
Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu cür yüksək temperatur dünyada nə vaxtsa qeydə alınmayıb. 
 
Məlumata görə, dəhşətli isti səbəbindən ən azı 5 nəfər ölüb. Hakimiyyət əhalini Günəş altında qalmamağa və nə qədər mümkündürsə, çoxlu su içməyə çağırır.
 
Bundan əvvəlki temperatur rekordu 1913-cü il iynun 10-da Kaliforniyadakı Ölüm Vadisində qeydə alınıb. O zaman havanın temp0eraturu 56,7 dərəcə olub. 
 
Küveytlilər üçün bu günün proqnozu heç də üzəkaçan olmayıb: temperaturun 68 dərəcə olacağı gözlənilir.
 
# 2140
avatar

Oxşar yazılar