243
17:03
21 İyun 2019

Qanunsuz heyvan kəsənlərə sonuncu xəbərdarlıq - AQTA

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyunun 21-də paytaxtın Binəqədi rayonunda qanunsuz heyvan kəsimi məntəqələrində reydlər keçirib.

Agentlikdən Lent.az -a bildirilib ki, reydlərdə Binəqədi rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə sonuncu dəfə xəbərdarlıq edilib, bu fəaliyyətin təkrarlanacağı təqdirdə inzibati qaydada tədbirlərin görüləcəyi bildirilib. Qanunsuz fəaliyyətlə məşğul olanlara yalnız ixtisaslaşmış kəsim məntəqələrində kəsimin həyata keçirilməli olduğu, ət məhsullarının laborator analizdən sonra satışa təqdim edilməli olduğu vurğulanıb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qanunsuzi heyvan kəsimi fəaliyyəti ilə məşğul olanları qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.