Gürcüstanda millət vəkili mandatından imtina etdi
21 iyun 2019 16:22 (UTC +04:00)

Gürcüstanda millət vəkili mandatından imtina etdi

"Gürcü arzusu" partiyasının deputatı Zakaria Kutsnaşvili öz mandatından imtina edib. APA-nın yerli bürosu xəbər verir ki, millət vəkili bu addımı Gürcüstanda  yaranmış gərginliyi aradan qaldırmaq məqsədi ilə atdığını bildirib.
 
"Vətəndaşların təhlükəsizliyi və rahatlığı parlamentə üzvlükdən daha önəmlidir",- deyə Z.Kutsnaşvili bildirib.
 
Qeyd edək ki, Z. Kutsnaşvili Parlamentlərarası Provaslav Assambleyasında Gürcüstan nümayəndə heyətinə rəhbərlik edib. Onun assambleyanın Tbilisidə keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olduğu bildirilir.
Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən  26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Tbilisi küçələrinə çıxan aksiyaçılar Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.
# 706
avatar

Oxşar yazılar