
Bankomat problemi parlamentdə qaldırıldı
“Pensiyaçılar pensiyalarını Kapital Bank və Azərbaycan Beynəlxalq Bankının bankomatlarından alır, başqa bankların bankomatlarından alan zaman isə komissiya haqqı tutulur. Bu, yüksək pensiya alan şəxslərə ciddi təsir etməsə də, 200 manat pensiya alanlara ciddi təsir edir”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondu 2019-cu il büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov bildirib.
O, pensiyaların alındığı iki bankın bankomatlarının sayının yetərli olmadığını vurğulayıb. Onun sözlərinə görə, hər ay pensiya köçən zaman bankomatların qarşısında növbələr yaranır. Deputat digər bankların bankomatlarından pensiyaların komissiyasız alınması məsələsinin həllini tapmasını vacib sayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə Kapital Bank və Azərbaycan Beynəlxalq Bankın şəbəkələrinin geniş olduğunu söyləyib: “Bu iki bankın şəbəkəsinin genişliyini nəzərə alaraq, bu gün sosial müavinətlər və əmək pensiyalarının çatdırılması həmin banklar vasitəsi ilə həyata keçirilir. Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı müvafiq təhlillər aparır. Biz digər bankların da bu prosesdə iştirakı məsələsinə baxırıq. Amma burada bir qanunvericilik çərçivəsi var. Biz “Dövlət satınalmaları haqqında” qanunun tələblərini nəzərə alaraq bunu edirik.
Nazirliyin agent bankı sayılmayan bankların pensiyaçıların pensiyalarının nağdılaşmasına görə komissiya haqqı tutmasına gəlincə, Vahid Əhmədovun təklifini əsas götürsək, belə çıxır ki, komissiya haqqı haradansa kompensasiya olunsun. Amma nəzərə alsaq ki, banklar özəldir, deməli, bunu pulsuz etməz. Bunun yeganə həll yolu odur ki, banklarımız inkişaf etdikcə, şəbəkələri böyüdükcə həmin banklar keçirdiyimiz satınalmalar sisteminə daxil olmaqla o formada bu məsələni tənzimləyə bilər. Ümumilikdə isə bu təklifi qeyd etdim və bu məsələnin nazirlikdə müzakirəsini təşkil edəcəyəm. Yəqin ki, biz bu məsələyə baxacağıq”.
Oxşar yazılar

Sabah çimərliklərdə hava küləkli olacaq - XƏBƏRDARLIQ
2 iyul 2025 , 14:19
Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
2 iyul 2025 , 14:04
“Polis Günü” ilə bağlı təntənəli tədbir keçirildi -FOTOLENT -VİDEO
2 iyul 2025 , 12:54
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq - Sabahın HAVASI
2 iyul 2025 , 12:29
107 illik xidmət: Gecə-gündüz keşikdə
2 iyul 2025 , 12:04
Azərbaycanda Polis günüdür
2 iyul 2025 , 11:07
Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub - Baş Prokurorluq
2 iyul 2025 , 10:26
İnformasiya agentlikləri ilə bağlı YENİLİK
2 iyul 2025 , 10:24