
"Beynəlxalq təşkilatlar qaçqın probleminə dəstəklərini artırmalıdırlar" - Vüsal Hüseynov
"Beynəlxalq təşkilatların fəaliyyətinin miqyasının genişlənməsi, dövlətlərin gördüyü tədbirlərin çoxluğu, dünyanın resurslarla zənginləşməsi nəzərə alınsaydı, dünyadakı qaçqınların sayı azalmalıydı. Ancaq təəssüf ki, biz bu sayda nəinki azalma, hətta artım görürük".
APA-nın xəbərinə görə, bunu 20 iyun - Beynəlxalq Qaçqınlar Gününə həsr olunan tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, son 20 ildə qaçqınların sayı təxminən 60 faiz artıb: “Dünyadakı qaçqınların sayı 70 milyonu ötüb. Onların 40 milyonu məcburi köçkün, 25 milyonu qaçqın, 3,5 milyonu sığınacaq axtaran şəxslərdir. Təbii ki, bu artmanın səbəbləri bizə məlumdur. Hesab edirəm ki, bu, problemin kiçik bir hissəsidir. Qaçqınlar və məcburi köçkünlər dünyada baş verən proseslərin bir hissəsidir. Dünyada qaçqın olan 70 milyon şəxsin heç bir günahı yoxdur ki, onlar ədalətsiz vəziyyətlə rastlaşıblar. Qaçqın problemləri ilə məşğul olan təşkilatlar digər təşkilatlara, aparıcı dövlətlərə təsir etməlidirlər ki, onlar münaqişənin həllinə kömək etsinlər. Həmin dövlətlər də öz resurslarını nəticələri aradan qaldırmaq, tədbirlərin səmərəliliyini artırmaq üçün səfərbər etməlidilər".
DMX rəisi qeyd edib ki, dünya üzrə qaçqınların 85 faizi inkişaf etməkdə olan ölkələrdə məskunlaşıb: “Hesab edirəm ki, inkişaf etmiş ölkələr, böyük beynəlxalq təşkilatlar bu proseslərdə daha məsuliyyətli olmalı, dəstəklərini artırmalıdırlar".
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12