"S-400"lər Türkiyəyə bu tarixdə təhvil veriləcək - Ərdoğan dəqiq vaxtı açıqladı
20 iyun 2019 16:31 (UTC +04:00)

"S-400"lər Türkiyəyə bu tarixdə təhvil veriləcək - Ərdoğan dəqiq vaxtı açıqladı

"S-400 işi bitdi, iyulun 15-dək Türkiyəyə təhvil veriləcək”.
 
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici jurnalistlərlə İstanbulda Dolmabaxça sarayında görüşərkən bildirib. 
 
Görüşdə ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi haqqında verilən suala Ərdoğan “Trampla əlaqələrimiz fərqlidir, mən bir sanksiya tətbiq olunacağını düşünmürəm. Əgər Amerika hər hansı bir sanksiya tətbiq edərsə, biz də buna qarşılıq olaraq  sanksiya tətbiq edərik”, - deyə cavab verib.
“Siz Türkiyəni NATO-dan çıxaran şəxs olacaqsınızmi” sualına isə Türkiyə Prezidenti belə cavab verib: "ABŞ belə bir iqtidara malik deyil".
# 882
avatar

Oxşar yazılar