Qurban Yetirmişli Rusiyada jurnalın redaksiya heyətinə üzv seçildi
19 iyun 2019 15:10 (UTC +04:00)

Qurban Yetirmişli Rusiyada jurnalın redaksiya heyətinə üzv seçildi

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin “Rusiya seysmoloji jurnal" elmi jurnalının redaksiya heyətinə üzv seçilib. 
 
Bu barədə Lent.az-a mərkəzin İnformasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı Rusiya Elmlər Akademiyasının Federal Tədqiqatlar Mərkəzinin Geofizika Xidmətinin direktoru Yuri Vinoqradov Respublika Seysmoloji Xidmət Mərkəzinə məktub göndərib.
 
Qeyd edək ki, yeni jurnalda seysmologiya və geofizika sahəsində aparılan elmi tədqiqatlara dair məqalələr nəşr ediləcək.
 
# 638
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar