Masallıda baş verən yol qəzasında xəsarət alan şəxs öldü
18 iyun 2019 12:20 (UTC +04:00)

Masallıda baş verən yol qəzasında xəsarət alan şəxs öldü

Ötən gün Masallı-Yardımlı avtomobil yolunda baş verən yol qəzasında yaralanan şəxslərdən biri ölüb.
 
APA-nın yerli bürosunun verdiyi məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində baş verən qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov dünyasını dəyişib.
 
Qeyd edək ki, ötən gün Masallı rayonunun Ərkivan qəsəbəsində Dadoba kənd sakini, 1981-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Sadıqov sükanı arxasında olduğu 10-MT-517 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobildə idarəetməni itirib və avtomaşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü ilə birgə avtomobildə olan həmkəndliləri - 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov, 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov və 1991-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Faktla bağlı araşdırma aparılır.
# 496
avatar

Oxşar yazılar