"Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir" - <span style="color:red;">Müdafiə naziri
18 iyun 2019 10:09 (UTC +04:00)

"Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir" - Müdafiə naziri

"Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı sübutlar var".
 
APA-nın xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
 
Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır.
 
Onun sözlərinə görə, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.
 
Z.Həsənov qeyd edib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi: "Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər".
# 399
avatar

Oxşar yazılar