Azərbaycanda restoranın həyətində 19 yaşlı oğlanın qanı töküldü
18 iyun 2019 10:06 (UTC +04:00)

Azərbaycanda restoranın həyətində 19 yaşlı oğlanın qanı töküldü

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib. 
 
APA-nın məlumatına görə, hadisə rayonun Yenikənd kəndinin çıxışında yerləşən “Nicat” restoranının həyətində baş verib. 
 
Kənd sakini, 1994-cü il təvəllüdlü Samir Nəsirov münaqişə zəminində rayonun Dəyirmanlı kənd sakini 2000-ci il təvəllüdlü Saməddin Mehdiyevi üzərində gəzdirdiyi bıçaqla zərbələr vurub.
 
Yaralı dərhal xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
 
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
# 480
avatar

Oxşar yazılar