Bacısının pul və qızıllarını oğurlayan qadın saxlanıldı
17 iyun 2019 09:24 (UTC +04:00)

Bacısının pul və qızıllarını oğurlayan qadın saxlanıldı

Hacıqabulda bacısının külli miqdarda nağd pulunu və qızıl-zinət əşyalarını oğurlayan qadın saxlanılıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 15-də Hacıqabul şəhər sakini Xəyalə Vahid qızı Mənsimova rayon polis şöbəsinə müraciət edərək, yaşadığı Y.Şirəliyev küçəsi-12 ünvanındakı evindən böyük məbləğdə nağd pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
Hacıqabul polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul sakini, 1980-ci il təvəllüdlü Günay Vahid qızı Mənsimova saxlanılıb. Məlum olub ki, o, həmin tarixdə gecə saat 02.30-da bacısı ilə birgə yaşadığı evin yataq otağına daxil olaraq, oradan 25 650 manat nağd pul və 9800 manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 35 450 manat dəyərində oğurluq edib.
 
Hər iki bacının müəllimə işlədiyi qeyd edilir.
 
G.Mənsimova barəsində CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
# 487
avatar

Oxşar yazılar