Həftənin ilk iş günü hava necə olacaq? - <span style="color:red;">PROQNOZ
16 iyun 2019 12:19 (UTC +04:00)

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
 
Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi axşam arabir güclənəcək.
 
Havanın temperaturu  gecə 19-24° isti, gündüz  30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz  32-34°  isti təşkil edəcək.
Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 35-40 % olacaq.  
 
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu  23-24° isti təşkil edəcək. 
 
İyunun 17-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı,  dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  33-38° isti, dağlarda gecə 14-19° isti,  gündüz 20-25°  isti təşkil edəcək.
# 907
avatar

Oxşar yazılar