
Gədəbəy sakininin gözünə bıçaq soxublar
Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qumru kənd sakini 1989-cu il təvəllüdlü Zamiq Həsənov gözündən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə gətirilib. Hadisə şahidlərinin sözlərinə görə, Zamiq Həsənov Gədəbəy rayonunun “Narzan” restoranında yeyib-içdikdən sonra pivə içmək üçün başqa bir kafeyə yollanıb. Mübahisə də məhz orada baş verib.
Digər masada əyləşənlərlə yaranan mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan şəxs bıçağı Zamiq Həsənovun gözünə soxub. Sonuncu ağır vəziyyətdə öncə Gədəbəyə, daha sonra Gəncədə yerləşən xəstəxanaya aparılıb. Onun bir gözü əməliyyat edilərək, götürülüb.
Cinayəti törədən şəxs və yanında olan iştirakçılar isə hadisə yerindən qaçıblar.
Hazırda polis onların şəxsiyyətini müəyyənləşdirmək üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Oxşar yazılar

Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanıldı -VİDEO
2 iyul 2025 , 15:53
Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57