İsmayıllı rayonunda yaşayış evində yanğın baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Cülyan kəndində, 1979-cu il təvəllüdlü Vüsal Bayramova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə FHN-in İsmayıllı Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb, yaxınlıqdakı tikililər və evin bir hissəsi alovdan mühafizə edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.