Bu gündən bəzi avtomobillərin idxalı rüsumlardan azad olunur
25 mart 2026 15:23 (UTC +04:00)

Bu gündən bəzi avtomobillərin idxalı rüsumlardan azad olunur

0

Bu gündən raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilir.

Lent.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə fevralın 13-də edilən dəyişikliklər martın 25-dən qüvvəyə minib.

Qeyd edək ki, hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.

Qanuna əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində bir ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Xatırladaq ki, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV, aksiz və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar