“Barselona”nın sabiq baş məşqçisi Xavi argentinalı hücumçu Lionel Messinin komandaya qayıda bilməməsinin səbəbini açıqlayıb.
Lent.az xəbər verir ki, onun sözlərinə görə, Messinin qayıdışı klub prezidenti Joan Laporta səbəbindən baş tutmayıb:
“Prezident Leonun atası ilə müqavilə üzrə danışıqlara başlamışdı və hətta liqa rəhbərliyindən də icazə almışdıq. Lakin sonda hər şeyi məhz prezident dayandırdı. Laporta mənə sözün əsl mənasında belə dedi: əgər Leo geri qayıtsa, ona qarşı əsl müharibə başlayacaq və o, buna yol verə bilməz”.
Hücumçu 2021-ci ilin yayında Kataloniya klubunu tərk edib.
Messi “Barselona”nın yetirməsidir. O, əsas komandada 2003–2021-ci illərdə çıxış edib. Bu müddətdə 835 oyuna çıxaraq 709 qol vurub. Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasını qazanıb, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub, iki dəfə Amerika Kubokunu qazanıb, həmçinin səkkiz dəfə “Qızıl top”un sahibi olub.