Bu yollar rənglənir
12 iyun 2019 11:54 (UTC +04:00)

Bu yollar rənglənir

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Anoloji işlər axşam saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq    .

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

# 472
avatar

Aygün İbrahimli

Oxşar yazılar