 
                            
                        İngilisdilli ixtisaslara plan yerlərinin sayı artırıldı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	2019-2020-ci dərs ili üçün ali məktəblərdə tədrisi ingilis dilində aparılan ixtisaslar və plan yerlərinin sayı artırılıb.
	Lent.az-ın məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
	Onun sözlərinə görə, tələbə qəbulu planı formalaşdırılarkən yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla tədrisi ingilis dilində aparılan ixtisasların sayı 57-dən 69-a, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 17.7% artırılıb.
	Y.Piriyev qeyd edib ki, cari ildə tələbə qəbulu üzrə proqnoz yerlərinin sayının 8 %-i tədrisi ingilis dilində aparılan ixtisaslar üçün nəzərdə tutulub. Bu göstərici tədrisi rus dilində olan ixtisaslar üzrə 9.3% (119 ixtisas) təşkil edir.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                