Bu il l sinfə neçə uşaq gedəcək?
10 iyun 2019 14:47 (UTC +04:00)

Bu il l sinfə neçə uşaq gedəcək?

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumatda göstərilir ki, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.

2018-2019-cu tədris ilində respublika üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vuracaq.

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır.

Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar