Miri Yusifin konsertində maraqlı evlilik təklifi - FOTOLENT
08 iyun 2019 10:12 (UTC +04:00)

Miri Yusifin konsertində maraqlı evlilik təklifi - FOTOLENT

Əməkdar artist Miri Yusifin “Yaşıl teatrda 3 gün” adlı solo konserti baş tutub.

 

Lent.az "Oxu.az"a istinadən xəbər verir ki, ağ libasda səhnəyə çıxan Miri Yusif  “Ruh əkizlərim” mahnısı ilə konsertini açıq elan edib. Müğənnin konsertində fanat seli yaşanıb. Böyük coşqu ilə keçən konsertdə gözlənilmədən yağış yağmağa başlayıb. Bütün bunlara rəğmən konsert öz axarı ilə davam edib.

Hitləri ard-arda düzən sənətçi qeyri-adi addım atıb. Belə ki, Miri Yusif səhnədən yaxın dostuna səslənib. Bu anda isə həmin şəxs sevdiyi xanıma bütün tamaşaçıların önündə evlilik təklifi edib. Əməkdar artist onların şərəfinə “Qiymətlim” adlı mahnısını səsləndirib.

Diqqət çəkən məqamlardan birisi isə o oldu ki, Miri Yusifin konsertində həmkarları nədənsə gözə dəymədi.

Qeyd edək ki, bu həftənin şənbə və bazar günü daxil olmaqla əməkdar artist Miri Yusif canlı solo proqramla Yaşıl teatrın səhnəsində çıxış edəcək.

 

 

 

# 874
avatar

Oxşar yazılar