Dənizə istirahətə getmək istəyənlər üçün HAVA PROQNOZU
08 iyun 2019 09:21 (UTC +04:00)

Dənizə istirahətə getmək istəyənlər üçün HAVA PROQNOZU

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında 28-33, Bakıda 29-31 dərəcə isti təşkil edəcək.
 
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
 
Havanın temperaturu aranda 32-37, dağlarda 20-25 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar